Elektrikli avtomobil şirkəti Nio, Tesla’ya rəqib olmağa hazırlaşır. Nio 2018-ci ildə Çində satışa başlamağı planlaşdırır. Çin bazarı Avropa və ABŞ-dan daha sürətli böyüyən bir bazardır.
Tesla 2016-da Çində 1 milyard dollarlıq mənfəət əldə etmişdi. Qeyd edək ki, bundan əvvəl Tesla ilə mübarizə aparmağa çalışan bir çox şirkət yarı yolda qalmışdı. Ancaq sərmayəçiləri Nio’ya çox güvənirlər.
Çünki Tencent’dən 600 milyon dollar investisiya alan Nio Çin bazarında Tesla ilə ciddi rəqabət edə bilər.