Əsas səhifə Biznes sahələri Texnologiya Çin bazarında ən çox smartfon satan şirkətlər

Çin bazarında ən çox smartfon satan şirkətlər

627
Paylaş

“Canalys” şirkətinin analitikləri iddia edirlər ki, Çinin smartfon bazarı yenidən zəifləyib.

 

Bu ilin üçüncü rübünün nəticələrinə əsasən, satışlar 5 faiz azalıb və 119 milyon ədəd təşkil edib.

Çin bazarının lideri 19 faiz bazar payı ilə “Huawei” şirkətidir.

Onun ardınca “Vivo” və “Oppo” şirkətləri gəlir ki, onların da bazar payı müvafiq olaraq 18 və 17 faiz təşkil edir. Təbii ki, bu müddət ərzində “Huawei” və “Vivo”nun satışları artsa da, “Oppo”nun satışları xeyli azalıb.

Reytinqdə dördüncü yeri “Xiaomi” şirkəti tutur ki, o da satışlarını ciddi şəkildə artırıb.

Nəhayət, liderlərin beşliyini satışlarını 8 milyon ədəddən 11 milyon ədədə qədər, yəni təxminən 40 faiz artıran “Apple” şirkəti qapayır. Bu, “Apple” üçün Çin bazarında son bir neçə illər ərzində ən yaxşı göstəricidir.

Yeri gəlmişkən, yuxarıda adları qeyd edilən beş şirkətin göstəricilərini üst-üstə gəldikdə, o zaman məlum olacaq ki, bu şirkətlərin satış payları 75 faiz təşkil edir.

lent.az