Çərşənbə günü, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda ( AZPROMO) Çinin “WENZHOU NIXIN TRADING CO.,LTD.” şirkətinin nümayəndələri ilə görüş keçirilib.
AZPROMO bildirir ki, Çin tərəfdaşları Azərbaycanda keramika istehsalı layihəsinin həyata keçirilməsində maraqlıdırlar.
Görüşdə həmçinin, qarşılıqlı investisiya imkanlarına dair fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, fond, layihəyə investisiyaların mümkün həcmini qeyd etmir.