Dünyanın ən məhşur brauzeri Google Chrome zəif işləyən saytları işarələyəcək. Bu barədə şikətin rəsmi bloqu xəbər verir.
Məlumatda deyilir: “Gələcəkdə “Chrome” adətən tez və ya gec yüklənən saytları dəqiq təyinatla qeydə ala biləcək. O, müxtəlif formalarda ola bilər, bunu sınaqdan keçirməyi düşünürük”.
İşarələr ilk öncə digərlərindən daha gec yüklənən saytları göstərəcəklər. Ardınca isə brauzer saytın istifadəçinin cihazına və ya internet-bağlantının keyfiyyətinə görə gec yüklənə biləcəyini də qeyd edəcək.
Bu, aşağıdakı kimi görünə bilər:
“Google” veb-masterlərə təklif edir ki, PageSpeed Insights kimi alətlərin köməyi ilə saytın məhsuldarlığının qiymətləndirilməsini həyata keçirsinlər. Adıçəkilən alət, sahəsində saytın ünvanının yazılıb sonra onun yüklənmə sürətinin qiymətləndirilməsinə baxmağa imkan verən onlayn xidmətdir.