Ceyms Bond da elektrokara keçir

Date:

Paylaş:

Britaniya kəşfiyyatının məxfu xəfiyyəsi Ceyms Bond barədə çəkiləcək və «Shatterhand» işçi adına sahib olan 25-ci filmdə baş qəhrəman elektrokar sürəcəkdir. Əvvəlki kimi, bu Aston Martin markasından olan avtomobil olacaqdır. Bu dəfə Bond britaniya markasının ilk elektrokarı Rapid E liftbekindən istifadə edəcəkdir.

Filmin rejissoru Keri Fukunaqinin sözlərinə görə, avtomobili çəkilişlərə vaxtında hazırlamaq üçün onun komandası Aston Martin şirkəti ilə birbaşa işləyir. O, elektrokar üçün böyük planlarının olduğunu və Rapid E modelinin «heyrətamiz hadisələrin mərkəzində» olacağını bildirib.

Aston Martin Rapid E arxa təkərləri hərəkətə gətirən iki elektromotorla təchiz edilir. Mühərriklərin ümumi hasilatı 610 at qüvvəsi və 950 Nm təşkil edir. 65 kilovat-saatlıq batareyalarla təchiz olunmuş elektrokar 322 kilometr (WLTP) qət edir.  100 kiovatlıq terminaldan elektrokarın batareyasını 40 dəqiqəyə doldurmaq mümkün olacaqdır. 100 km/saat həddinə Rapid E dörd saniyədən az müddətə sürətlənəcək, onun maksimal sürəti isə, 250 km/saat olacaqdır. İlk elektrokarlar müştərilərə bu ilin sonunda çatdırılmalıdırlar. 

Xatırladaq ki, Bond haqqında son film olan 007: Spektr filmində məşhur xəfiyyə Aston Martin DB10 superkarından istifadə edib. Konseptual kupe xüsusi olaraq film üçün 10 nüsxəlik tirajla buraxılıb.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...