Britaniya kəşfiyyatının məxfu xəfiyyəsi Ceyms Bond barədə çəkiləcək və «Shatterhand» işçi adına sahib olan 25-ci filmdə baş qəhrəman elektrokar sürəcəkdir. Əvvəlki kimi, bu Aston Martin markasından olan avtomobil olacaqdır. Bu dəfə Bond britaniya markasının ilk elektrokarı Rapid E liftbekindən istifadə edəcəkdir.
Filmin rejissoru Keri Fukunaqinin sözlərinə görə, avtomobili çəkilişlərə vaxtında hazırlamaq üçün onun komandası Aston Martin şirkəti ilə birbaşa işləyir. O, elektrokar üçün böyük planlarının olduğunu və Rapid E modelinin «heyrətamiz hadisələrin mərkəzində» olacağını bildirib.
Aston Martin Rapid E arxa təkərləri hərəkətə gətirən iki elektromotorla təchiz edilir. Mühərriklərin ümumi hasilatı 610 at qüvvəsi və 950 Nm təşkil edir. 65 kilovat-saatlıq batareyalarla təchiz olunmuş elektrokar 322 kilometr (WLTP) qət edir. 100 kiovatlıq terminaldan elektrokarın batareyasını 40 dəqiqəyə doldurmaq mümkün olacaqdır. 100 km/saat həddinə Rapid E dörd saniyədən az müddətə sürətlənəcək, onun maksimal sürəti isə, 250 km/saat olacaqdır. İlk elektrokarlar müştərilərə bu ilin sonunda çatdırılmalıdırlar.
Xatırladaq ki, Bond haqqında son film olan 007: Spektr filmində məşhur xəfiyyə Aston Martin DB10 superkarından istifadə edib. Konseptual kupe xüsusi olaraq film üçün 10 nüsxəlik tirajla buraxılıb.