Bir neçə investisiya fondu çexiyalı milyarder Radovan Viteki məhkəməyə verib.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Agentliyin yazdığına görə, R.Vitek 1 milyard dollardan artıq dələduzluqda ittiham olunur. Onun onillik saxtakarlıqlardan sonra milyarderə çevrildiyi deyilir.
Belə ki, Vitekin bir qrup dələduz şəxslərin köməkliyi ilə xüsusi sxem yaratdığı və bununla da daşınmaz əmlak bazarında nəzarəti ələ keçirdiyi iddia olunur.