Çexiyada növbəti parlament seçkisi başlayıb.
“Report” “DW”yə istinadən xəbər verir ki, səsvermə oktyabrın 21-dək davam edəcək.
Rəy sorğularına əsasən mərkəzçi “Narazı Vətəndaşlar Aksiyası” Partiyasının səslərin 30 faizindən çoxunu toplayacağı gözlənilir. Bu siyasi təşkilat 2011-ci ildə milyarder, xeyriyyəçi Andrey Babiş tərəfindən təsis edilib. Partiyanın əsas sponsoru A.Babişin “Aqrofert” Arqo-Kimya şirkətidir. O, Çexiyanın ən varlı ikinici şəxsdir.
Əgər rəy sorğuları özünü doğruldarsa və “Narazı Vətəndaşlar Aksiyası” Partiyası səslərin 30 faizindən çoxunu toplayarsa, onda A.Babişin baş nazir olacağı ehtimal edilir.
Qərb mətbuatı çexiyalı miyaderi ABŞ Prezidenti Donld Trampa oxşadırlar.