Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Çexiya şirkətlərinin Azərbaycana yatırım edəcəyi gözlənilir

Çexiya şirkətlərinin Azərbaycana yatırım edəcəyi gözlənilir

32
Paylaş

“Azərbaycan Dəmir Yolları” QSC-də Çexiyanın Azərbaycandakı səfiri Milan Ekertin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə səhmdar cəmiyyətindən bildirilib.

Məlumata görə, qurumun sədri Cavid Qurbanov son illərdə ölkədə dəmir yollarında aparılan islahatlardan danışıb və  bildirib ki, Azərbaycanın əlverişli coğrafi mövqeyindən səmərəli istifadə etməklə regionun nəqliyyat mərkəzinə çevrilməsi istiqamətində işlər davam etdirilir. Bundan başqa, dəmir yolu infrastrukturunun yenidənqurulması ilə bağlı kompleks tədbirlər də həyata keçirilir. Sədr Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması sahəsində görülən işlər, qarşıda duran perspektiv vəzifələr haqqında məlumat verib.

Sonra görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri və Çexiya şirkətlərinin investisiya imkanları barədə məsələlər müzakirə edilib.

M.Ekert Azərbaycanın beynəlxalq və regional layihələrin reallaşması prosesindəki fəaliyyətini yüksək qiymətləndirərək ikitərəfli əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.