Əsas səhifə Biznes Cek Manın sərvəti bir gecədə 2.8 milyard dollar artdı

Cek Manın sərvəti bir gecədə 2.8 milyard dollar artdı

918
Paylaş

Çinin “Alibaba Group” şirkətinin qurucusu və rəhbəri Cek Manın sərvətinin miqdarı bir gecədə 2,8 milyard dollar artıb.

“Alibaba”nın satış rəqəmləri bütün proqnozları üstələyib. Söhbət mart ayında başa çatan maliyyə ilinin rəqəmlərindən gedir. “Alibaba”nın səhmlərinin qiyməti 13% yüksələrək rekord həddə (142,34 $) çatıb.

Hazırda 52 yaşlı Cek Manın sərvəti 41,8 milyard dollar həcmində qiymətləndirilir. O, Asiyanın ən zəngin, dünyanın isə 14-cü zəngin adamıdır.

C. Ma investorlarla görüşündə bildirib ki, onun məqsədi 2036-cı ilə qədər “Aliababa”nı dünyanın 5-ci böyük şirkətinə çevirməkdir.