Əsas səhifə Biznes sahələri Texnologiya Cek Ma: “Yüksək texnologiyalar insanı əvəz edə bilməyəcək”

Cek Ma: “Yüksək texnologiyalar insanı əvəz edə bilməyəcək”

953
Paylaş

“Alibaba Group” şirkətinin qurucusu Cek Ma gələcəkdə yüksək texnologiyaların və süni intellektin insan amilini əvəz edə biləcəyinə inanmır.

İKT.lent.az-ın “actualnews.org” saytına istinadən verdiyi məlumata görə, çinli iş adamı əmindir ki, bu, baş verməyəcək: “Çünki bizim inancımız, dəyərlərimiz, qarşılıqlı münasibətlərimiz var. Süni intellekt hər hansı emosiyanı hiss etməyə qsdfir deyil və yəqin ki, gələcəkdə də olmayacaq”.

C. Ma bildirib ki, insanabənzər robotların yaradılması davam edəcək, ancaq onlar elə maşın olaraq da qalacaqlar. Bununla belə, iş adamı hesab edir ki, internet və rəqəmsal texnologiyalar bir çox problemin həllinə insanlara kömək edir və edəcək.