Ceff Bezos Trampa müharibə elan edib. Kim qalib gələcək?

Date:

Paylaş:

Amazon şirkəti Pentaqonun 10 mlrd. dollarlıq tender məsələsində ABŞ prezidenti Donald Trampın əli olduğundan şübhələnib. Həmin tenderi  hal-hazırda Pentaqon üçün bulud infrastrukturası yaradan“Microsoft” qazanıb.

Amazon şirkəti belə hesab edir ki, Tramp şəxsi mənafeyi naminə Pentaqonun baş qərargahına müdaxilə edə bilər: “ Tramp öz xeyrinə görə federal satınalmalar da daxil olmaqla, hökumətin fəaliyyətinə qarışmaq üçün prezidentlik səlahiyyətlərindən sui-istifadə etməyə hazır olduğunu dəfələrlə nümayiş etdirib”.

Amazon nümayəndəsi deyib: “Ölkədə  satınalma prosesinə cəmiyyətin inamını qoruyub saxlamaq üçün administrativ məlumatların açıqlanması tələb olunur. Sual yaranır ki, ABŞ prezidentinin  şəxsi və siyasi məqsədlər üçün Pentaqonun büdcəsindən istifadə etməyə icazəsi varmı?”

Amazon noyabrda hökumətə qarşı iddia irəli sürüb bildirmişdi ki, ticarət prosesi açıq-aydın qərəzli olub. Keçmiş müdafiə naziri Ceyms Mettis-in sözləri də şirkətin əlində bayrağa çevrilib. Belə ki, o, Trampın Amazonu məhv etmək istədiyini və onun Pentaqonla razılığa nail ola bilməməsi üçün çalışdığını bildirib.

Qeyd edək ki, Amazonun rəhbəri Ceff Bezosla Donald Tramp arasındakı gərgin münasibətlər uzun illərdir davam edir. Prezident bir neçə dəfə Bezosun “The Washington Post” qəzetini tənqid edib. Tramp deyib ki, sahibkar qəzetdən onun və administrasiyasının əleyhinə təbliğat aparmaq üçün istifadə edir. Bezos isə bunu danıb.

2018-ci ildə Tramp Amazona görə ABŞ poçtunun milyardlarla zərərə düşdüyünü bildirib. Onun sözlərinə əsasən, şirkət üçün göndərişlərin çatdırılmasına görə poçt xidmətinin itkiləri hər göndərişə görə orta hesabla 1,5 dollar təşkil edir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...