Dünyanın ən varlı insanı hesab edilən “Amazon” şirkətinin sahibi Ceff Bezosun varidatı son 2 gündə 19,2 mlrd. ABŞ dolları məbləğində azalıb.
“Bloomberg” agentliyinə istinadən, buna səbəb “Amazon”un səhmlərinin oktyabrın 26-da 7,8%, oktyabrın 29-da isə 6,3% ucuzlaşmasıdır.
Qiymətli kağızlara maraq şirkətin gəlirlərinin proqnoz göstəricilərindən pis olması barədə açıqlanmış hesabatdan sonra azalıb.
Hazırda C.Bezosun varidatı 128,1 mlrd. dollardır. Bununla belə, o yenə də “Bloomberg Billionaires Index” reytinqinə əsasən, dünyanın ən varlı insanlarının siyasında ilk yeri tutur.
Report