Əsas səhifə Xəbərlər Xarici xəbərlər “Casper” startapı IPO keçirəcək

“Casper” startapı IPO keçirəcək

62
Paylaş

Matras istehsal edən Casper startapı IPO-ya çıxacağını bildirib. Bu barədə Business Insider yazır. Şirkət 1,1 mlrd. dollar dəyərləndirilib.

Bildirişdə deyilir ki, Casper əməkdaşlarının sayını artırmağı, yeni məhsullar hazırlamağı, mağazalarının sayını çoxaltmağı və fəaliyyətini 20 ölkədə genişləndirməyi planlaşdırır.

Startapın IPO çərçivəsində nə qədər vəsait cəlb etməyi nəzərdə tutduğu hələ ki məlum deyil. Bildirişdə şirkət dünya “yuxu iqtisadiyyatı”nı 432 mlrd. dollar dəyərləndirib.

Sənədlərdə deyilir ki, 2018-ci ildə şirkətin gəliri 357,9 mln. dollara çatıb. Xərcləri də artıb – 2017-ci ildəki 73,4 mln. dollardan 2018-ci ildə  92,1 mln. dollara kimi.

Qeyd edək ki, “Casper” Lerer Hippeau, New Enterprise Associates, IVP  və Target də daxil olmaqla səhmdarlardan 355 mln. dollar cəlb edib.