Əsas səhifə Xəbərlər Xarici xəbərlər Casper onlayn-riteyleri IPO ərəfəsində $1,1 mlrd. dəyərləndirmədən imtina edib

Casper onlayn-riteyleri IPO ərəfəsində $1,1 mlrd. dəyərləndirmədən imtina edib

35
Paylaş

Amerikanın matraslar istehsal edən  Casper Sleep onlayn-riteyleri özünü 768,2 milyon dollar dəyərləndirib: CNBC şirkətə istinadən xəbər verir ki, şirkət sığortaçıların seçimi də daxil olmaqla IPO zamanı hər biri 17-19 dollar olmaqla səhmlərdən 9,6 milyon satmağı planlaşdırıb. 2019-cu ilin martında səhmdarlar startapı 1.1 mlrd. dollar dəyərləndiriblər.

Ümumilikdə Casper 182,4 mln. dollar cəlb etmək istəyir. Startap Nyu-York fond birjasında CSPR tikeri altında səhmlər yerləşdirməyi planlaşdırır.

Cəlb olunan pullara şirkət əməkdaş sayını çoxaltmağı, yeni məhsullar işləməyi və oflayn-mağazalar sayını üç dəfədən çox artırmağı düşünür.

2019-cu ilin 30 sentyabr hesabatına əsasən Casperin ABŞ və Kanadada 60 mağazası olub. Bu barədə Bloomberg yazır. 2019-cu ilin 9 ayı ərzində gəlir 312 mln. dollar olub. Xalis mənfəət isə 64 mln. dollardan 67 mln. dollara kimi çoxalıb.

Qeyd edək ki, Casper-in səhmdarları arasında Leonardo Di Caprio, repçi 50 Cent, Target riteyleri və Lerer Hippeau Ventures, IVP və NEA investisiya şirkətləri var. Səhm satışlarını Morgan Stanley, Goldman Sachs və Jefferies həyata keçirəcəklər.