Əsas səhifə Biznes Seçilmiş Casper onlayn-riteyleri $1 milyard dəyərində qiymətləndirilib

Casper onlayn-riteyleri $1 milyard dəyərində qiymətləndirilib

243

Şirkət, mümkün IPO söz-söhbətləri ilə əlaqədar olaraq yeni investisiya dövrünü elan edib.

Döşəklərin istehsalı və satışı ilə məşğul olan Casper riteyleri, xarici investorlardan 100 milyon dollar sərmayə cəlb edib. Qeyd etmək lazımdır ki, riteylerin dəyəri 1,1 milyard dollar kimi qiymətləndirilmişdir, bu haqda Bloomberg xəbər verir. Nəticədə, şirkət tərəfindən cəlb edilən investisiyaların ümumi həcmi 340 milyon dollara çatıb.

İnvestorlar qismində Kanadanın isti geyim istehsalçısı Goose şirkətinin direktoru Dani Reis və Crate & Barrel mağazalar şəbəkəsinin keçmiş rəhbəri Qordon Segal çıxış edib. Raundda şirkətin əvvəlki investorları olan Target, New Enterprise Associates və Norwest Venture Partners də iştirak ediblər.

2013-ci ildə təsis edilən Casper döşək, yastıq, və digər aksesuarların satışı ilə məşğul olur. Əsas satış kanalı kimi internetdən istifadə edir, buna baxmayaraq şirkət ayrıca offlayn satışlarını da inkişaf etdirir. Şirkətin verdiyi məlumatlara görə, 2018-ci ildə onun gəliri 400 milyon dollar təşkil edib.

Riteyler ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, İsveçrə və Avstriyada fəaliyyət göstərir. Şirkət öz investisiyalarını Asiya və digər bazarlarda istifadə etməyi, həmçinin pərakəndə şəbəkəsini genişləndirməyi planlaşdırır. Şirkət 23 mağazaya malikdir, bu haqda Casper-in baş direktoru Philip Krim bildirir.

Şirkət yeni investisiya dövrünə başlayacağını açıqlayıb, bu Reuters mənbələrinin IPO haqqında məlumat yaymasından bir neçə saat sonra baş verib. Casper bu məlumata şərh verməkdən imtina etmişdir .

 

 

Rəy bildir

Please enter your comment!
Please enter your name here