Danimarkanın pivə korporasiyası Carlsberg dünyada ilk dəfə olaraq kağızdan olan bioloji butulkaların sınaq nümunəsini təqdim edib.
Onlar tam olaraq bioloji tərkiblidirlər və təkrar istifadəyə yararlıdırlar. Butulkalar davamlı mənbələrdən əldə edilən ağac lifindən hazırlanıblar. Onlar yeni texnologiyaya keçid çərçivəsində sınaq üçün istifadə ediləcəklər. Müəlliflərinin sözlərinə görə, bu, gələcəkdə butulka istehsalında plastikdən istifadəni dayandıracaq.
Şirkətdən əldə edilən məlumata görə, onlara hal-hazırda kağız butulkaların işlənib hazırlanmasında Coca-Cola, Absolut və L’Oreal kimi dünya şirkətləri də qoşulublar.
Qeyd edək ki, 1847-ci ildə yaradılan və baş ofisi Kopenhagendə yerləşən Danimarkanın bu pivə korporasiyası Carlsberg, Tuborg, Baltika və bir çox bu kimi müxtəlif ticarət nişanları altında pivə istehsal edir.