Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Cari ildən Azərbaycan Livana fındıq ixrac edəcək

Cari ildən Azərbaycan Livana fındıq ixrac edəcək

110
Paylaş

Azərbaycan bu mövsümdən etibarən Livana fındıq ixrac edəcək.

Bunu Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan 25-dən çox ölkəyə fındıq ixrac edir və onların sırasına daha biri də əlavə olunub.

İ.Orucov qeyd edib ki, ölkəmiz 2018-ci ildə xaricə 20 min tona yaxın fındıq tədarük edib:

“Fındığın əsas mövsümü sentyabrda olsa da, illik hesabat dekabr-yanvar aylarında baş tutur. Mövsüm bitmədiyi üçün hələ də ixrac davam etməkdədir”.

Sədr bildirib ki, Azərbaycanın ən çox fındıq ixrac etdiyi ölkələr Rusiya, İtaliya və Almaniyadır.