“Cann” şirkəti Bostonun Bain özəl invetisiya şirkətinin iki keçmiş məsləhətçisi tərəfindən yaradılıb. Onlar Jake Bullock və Luke Anderson-dur.
“Cann” startapı amerikalılara marixuanada olan kimyəvi vasitələrin qatqısından ibarət yeni içki təklif edib. THC və CBD tərkibli bu “güclü içkilər”i Kaliforniyanın, marixuananın qismən qanuniləşdirildiyi adi ərzaq mağazalarından əldə etmək və ya Eaze-dən sifariş vermək olar.
Belə bir içki ideyası layihənin əsasını qoyan Jake Bullock-un ağlına hələ Stanford-da biznes-məktəbdə oxuduğu vaxt gəlir.
Bu alkoqolsuz sərxoşedici Cann içkilərinin tərkibində 2 mq THC və 5 mq CBD var. Qiyməti isə 30 dollar edir.