Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər “Califia Farms” 225 mln. dollar cəlb edib

“Califia Farms” 225 mln. dollar cəlb edib

56

Yulaflı və badamlı süd məhsulları istehsalçısı Califia Farms 225 mln. dollar maliyyələşmə cəlb edib. Bu barədə TechCrunch yazır. Səhmdarlar arasında Qətər İnvestisiya Fondu, Sinqapur suveren rifah fondu (GIC), Sinqapurun Timasek-i, Kanadanın CIaridge və Honk-Konq-un Green Monday Ventires-i var.

“Süd məhsulları və hazır qəhvənin trilyonluq dünya bazarının iflasının vaxtı gəlib. Bütün dünyada insanlar öz sağlamlıqlarının qeydinə qalmağa can atırlar və bunun üçün də qida rasionlarına həm planet üçün həm də heyvanlar üçün ən yaxşı sayılan qida maddələri ilə zəngin və az yenilənmiş məhsulları daxil edilər” – deyə, Califia Farms-ın qurucusu və icraçı direktoru bildirib.

Bazarın perspektivləri yüksəkdir: McKinsey-in dəyərləndirməsinə görə, ABŞ-da adi süd dəbdən düşüb, Çində isə 2027-ci i üçün süd məhsullarının azalacağı proqnozlaşdırılır.

Bir qədər öncə İnc. xəbər verib ki, alternativ südün nüfuzu artıq iki iri adi süd istehsalçısının iflasına gətirib çıxarıb.

Qeyd edək ki, 2010-cu ildə yaranan Califia Farms inkişaf edən startaplardan biri olmaqla yanaşı, süd məhsulları əvəzləyicilərini istehsal edən bir şirkətdir. Onların həmin məhsullarının əsasını  ya soya, badam və ya yulaf kimi bitki inqredientləri ya da geni dəyişdirilmiş zülal və şəkərlər təşkil edir.