Texnologiya 2018-ci ildə qış Olimpiya oyunları zamanı sınaqdan keçirilib.
Cənubi Koreya, dünyada 5G şəbəkəsinin kommersiya istifadəsinə başlayacaq ilk ölkə olacaq. Bu barədə çərşənbə günü iqtisadiyyat məsələləri üzrə nazir müavini, planlama və maliyyə naziri Hon Nam Gui yeniliklərin inkişafı üzrə iclasda çıxışında deyib. Banker.az xəbər verir ki, onun sözləri Yonhap agentliyi tərəfindən tərcümə edilir.
5G texnologiyası ötən ilin fevralında keçirilən qış Olimpiadasında kütləvi olaraq test edilmişdir. Beşinci nəsil mobil rabitə (5G) daha yüksək sürətlidir. Belə ki, məlumatların ötürülməsinin sürəti 25 Gb / s-ə çatır. Belə göstəricilər onlayn rejimdə 8K (Ultra HD) ölçülü video yayımı üçün imkanlar yaradır.
Cənubi Koreyada 5G şəbəkəsi mart ayında istifadəyə veriləcək. Cənubi Koreyanın üç böyük mobil operatorları olan SK Telecom, KT və LG Uplus, 2019-cu ildə 5G şəbəkəsinin tətbiq edilməsinə təxminən 3 trilyon vona (2,6 milyard dollar) ayırdığını bildiriblər.
İsveç beşinci nəsil mobil rabitə şəbəkəsini sınaqdan keçirən ilk ölkə olmuşdur. Ötən ilin dekabr ayında Ericsson və Telia şirkətlərinin idarəçiləri olan Burye Ekholm və Johan Dennelind, Stockholm Texnologiya İnstitutunda 5G-ni işə salıblar. Lakin, Ekholm-un sözlərinə görə, beşinci nəsil kommersiya şəbəkəsi İsveçdə yalnız 2021-ci ildən sonra işə başlayacaq.