Cərimələnən şirkətlər sırasına o da qoşuldu

Date:

Paylaş:

Orxan Allahverdiyevin rəhbərlik etdiyi “Rəmzi-S” MMC (Sobsan boyaları) boya şirkəti cərimələnib.

Bununla əlaqədar olaraq, sözügedən şirkətin direktoru Bakı Apellyasiya Məhkəməsinə şikayətlə müraciət edib.

Hakim Habil Məmmədovun sədrliyində olan iş üzrə qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib və şirkətin 3 min 659 manat 88 qəpik cərimə edilməsi barədə qərar qüvvədə saxlanılıb.

Binəqədi Rayon Məhkəməsi Maliyyə Bazarlarına Nəzarət Palatasının cərimə protokoluna əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilib.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Qeyd edək ki,“Rəmzi-S” MMC 1999-cu ildə SOBSAN ticarət markası ilə faəliyyətə başlayıb və MMC “DuPont”,həmçinin, “Troy Corporation” kimi şirkətlərin bölgə distributorudur.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...