Əsas səhifə Nəqliyyat Cənub bölgəsinin ən böyük vağzalı icarəyə verilir

Cənub bölgəsinin ən böyük vağzalı icarəyə verilir

70
Paylaş

«Salyan-Avtovağzal» ASC icarəyə verilir. Bu barədə avtovağzalın özündən məlumat verilib. Qurumdan bildirilib ki, «Salyan-Avtovağzal» ASC-ni ümumilikdə başqa təşkilata icarəyə (idarə etməyə) verilir.

Müəssisəni icarəyə götürmək istəyən hüquqi şəxslər bu ilin sonunadək «Salyan – Avtovağzal» ASC İdarə Heyətinə müraciət edə bilərlər.

Qeyd edək ki, hazırda avtovağzal ASC-nin rəhbərliyi tərəfindən idarə olunur. ASC, icarəyə verilmə səbəbini və təqribi qiyməti açıqlamayıb. Amma bildirilib ki, potensial müştəri ilə müzakirəyə hazırdırlar: «Bütün nüansları nəzərə alıb icarə haqqını müəyyən edəcəyik».

Xatırladaq ki, «Salyan Avtovağzalı» cənub bölgəsi ilə ölkənin digər regionlarını, o cümlədən Bakını birləşdirən magistral yolların üzərində ən böyük avtomobil stansiyasıdır. Avtovağzalın 15 avtomobildən ibarət olan öz avtomobil parkı da var və icarəçi təşkilat bu parkı da idarə edəcək.