Yapon alimləri birbaşa şüadan istifadə etmədən insan bədəninin daxilən necə qocalmasını öyrəniblər. Gələcəkdə bu yenilik səhiyyədə geniş istifadə oluna bilər.
Araşdırmanı elmi-texniki Nara İnstitutunun mütəxəssisləri keçiriblər.
Eksperiment zamanı dolayı şüanın təsiri qan damarlarının şəklini çəkmək üçün nəzərdə tutulmuş xüsusi kameraların köməyi ilə öyrənilib. Müəyyən olunub ki, dolayı işıq dərinlik və rəng barədə məlumat verir və ən incə detalları müəyyən etməkdə yardımçı olur.
Eksperiment nəticəsində alimlər qan damarlarının sxemini əldə ediblər.
Şəkil yüksək detallılığı ilə fərqlənir. Dəqiq rəng tonları da qeyd olunub.
Yüksək səviyyəli şəklin yaranması qeyri-xətti alqoritmlərin köməyi ilə mümkün olub.