Bütün sahibkarlar bu səhvlərə yol verirlər

Date:

Paylaş:

İnsanlar elə hesab edirlər ki, biznesdə əsas olan tək şey başlamaqdı. Sahibkarların bir çoxu biznesin birinci inkişaf mərhələsində iflas edirlər. 

Əgər biznesiniz sizin gözləntilərə cavab vermirsə, bu o qədərdə böyük problem deyil. Bəzən sahibkarların yol verdiyi səhvlər ucbatından biznes məhv olur. 

Biz sizin üçün demək olar ki, hər bir fəaliyyət sahəsində sahibkarların yol verdiyi səhvlərin siyahısını hazırladıq. Əgər biznesinizin iflas etməsini istəmirsinizsə, düşməninizi tanıyın!

   1. Daha aşağı qiymətə obyekt icarəyə götürmək istəyi

Təcrübəsiz sahibkarlar düşünürlər ki, biznesi inkişaf etdirmək üçün bütün xərcləri maksimum dərəcədə azaltmaq lazımdır. Bu yanlış fikirdir. Sahibkar prioritetləri düzgün müəyyən etməli və harada nə qədər qənaət edə biləcəyini başa düşməlidir. 

Əgər bahalı obyektin icarəsi biznesə hər hansısa üstünlük verəcəksə, ona üstünlük verməyiniz məqsədəuyğundur. 

   2. Dostları və ya qohumları işə götürmək

Biznesə başladıqda, adətən insanlar tanımadıqları şəxslərə güvənmirlər. Bu gənc biznesmenlərin əksəriyyəti “mən bu insanları çox yaxşı tanıyıram, onlar məni aldatmazlar” fikri ilə işə ya dostlarını, ya da qohumlarını cəlb edir. 

Müəyyən hallarda bu strategiya sizə fayda gətirə bilər. Lakin çox vaxt mühasibatçı kimi xalanızı, satış meneceri kimi isə yaxın dostunuzu götürdüyünüzə görə peşman olacaqsınız. Birincisi, onlar lazımi qədər peşəkar deyillər. 

İkincisi, dostlarınız və qohumlarınız ilə münasibətləri korlamaq ehtimalı artır. Belə ki, onlara irad bildirmək və ya işdən çıxarmaq kifayət qədər problemli olacaq. 

   3. İşlənmiş avadanlıq almaq

Bəli, fəaliyyətin müəyyən istiqamətlərində bu addım düzgün sayıla bilər. Lakin bir daha düşünün – bəlkə bu avadanlığı təmir etmək üçün daha çox pul xərcləmiş olacaqsınız? Burada ingilis atalar sözünü demək yerinə düşər: “Biz ucuz əşyaları alacaq qədər varlı deyilir”. Çalışın biznesdə də bu prinsipdən istifadə edəsiniz. 

Əgər keyfiyyətli avadanlığa sərmayə etsəniz, daha çox qənaət etmiş olacaqsınız. Niyə? Çünki yeni avadanlıq daha uzunömürlüdür. 

   4. Ucuz əmtəə və xidmətlər

Çox vaxt müştərilərin sayı mövzusuna gəldikdə deyirlər: “Mən əmtəə və xidmətlərin qiymətlərini aşağı qoyacağam və müştərilər dərhal məni seçəcəklər”. Müştərilər sizi həqiqətən də seçəcəklər, lakin bu strategiya ilə sizin biznesiniz iflasa uğraya bilər. 

Aşağı qiymət qoyduqda əməkdaşlara ödədiyiniz əmək haqqını, avadanlığın iş qabiliyyətini, icarə haqqını və digər bir sıra faktorları nəzərə almağa unutmayın. Əmtəə və xidmətlərin qiymətləri adekvat olmalıdır. 

   5. Peşəkarların xidmətlərindən istifadə etməmək və konsultasiyalara biganə yanaşmaq

Aşağı maaşa razılaşıb sizinlə işləməyə hazır olan hüquqşünas və ya mühasibatçı tapıb sevinməyin. Bir qayda olaraq, peşəkar mütəxəssis sizdən yüksək əmək haqqı tələb edəcək və haqlı olacaq. Təcrübəsiz mütəxəssislər sizin biznesinizi “batıracaqlar”. 

Eyni zamanda, əgər müəyyən bir məsələ üzrə biznes ekspertin məsləhətinə ehtiyacınız varsa, düşünmədən müraciət edin. Bəli, bəzən bu xidmət baha başa gələ bilər, lakin unutmayın ki, biznesiniz iflas etsə daha çox itirəcəksiniz. 

    6. Kreditlərdən qaçmaq

Bu, kifayət qədər mübahisəli sualdır. Kreditlərə münasibətdə iki yanaşma var. Təsəvvür edin: biznesmen müəyyən məbləğdə kredit götürüb və biznesə yatırım edib. Digər biznesmen isə həmin məbləği öz gücü ilə yığmağı seçib. Nəticə necə olacaq? Kredit götürən biznesmen artıq işini inkişaf elətdirib, müştərilər qazanıb. Kreditdən qaçan biznesmen isə bunu hələ iki ildən sonra realizə edərək, rəqibləri ilə “yarışmalı” olacaq. 

Əlbəttə ki, kredit götürmək riskli işdir, amma unutmayın ki risk biznesin ayrılmaz hissəsidir. Əsas odur ki, hər şeyə soyuq beyin ilə yanaşasınız, hər şeyi ölçüb-biçib qərar verəsiniz. 

    7. Nəticə görmədikdə reklam kampaniyasının dayandırılması

Sözsüz ki, nəticələri izləmək olduqca önəmlidir. Əgər işə saldığınız reklam kampaniyası effektiv deyilsə, reklamın digər növlərinə keçməyiniz məqsədəuyğundur. 

Əlbəttə ki, reklam kampaniyasını işə saldıqdan dərhal sonra nəticə gözləmək mənasızıdır. İlk günlərdə reklam sizə bir neçə dənə müştəri qazandıra bilər, illər sonra isə artıq müştəri bazasını formalaşdırmış olacaqsınız. 

    8. Əməkdaşlara münasibətdə həddini aşan alicənablıq

Düzdür, əməkdaşlarınıza münasibətdə ədalətli olmalısınız. Bəs ədalət dedikdə, nə başa düşürsünüz? Əgər işə götürdüyünüz işçi artıq bir aydır öz öhdəliklərini yetirə bilmirsə, hansı addım daha ədalətli olacaq? İşdən çıxarmaq, yoxsa bir daha şans vermək? 

İnsanlara qarşı mərhəmətli olmaq gözəldir. Lakin unutmayın ki, başqalarının problemləri sizin probleminiz deyil. 

    9. Məhsulunuzun pərəstişkarı olmaq

Biz başa düşürük ki, sahibkar etdiyi işi sevməlidir. Əgər siz öz əmtəə və ya xidmətinizə inanmırsınızsa, bu işlə məşğul olmağınız mənasızdır. Lakin “kor” sevgi bir çox sahibkarın biznesdə yol verdiyi səhvlərdən biridir. İstehsal etdiyiniz məhsul çox gözəl ola bilər, amma bu amil idarəçilik və ya yararsız reklam kampaniyaları kimi problemləri həll etməyəcək. 

    10. Səhvləri boynuna almamaq

Sahibkarların tez-tez yol verdiyi səhvlərdən biri də budur. Onlar öz səhvlərindən nəticə çıxarmırlar. Təcrübəli biznesmenlərdən biri deyib: “idmanda siz bir ildən çox olmayan müddətdə, biznesdə isə ömrünüz boyu şagirdisiniz”. Düşünməyin ki, hər şeyi bilirsiniz. Daim öz üzərinizdə işləyin. 

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...