“ABAD” təkcə fərdi sənətkar ailələrini deyil, həm də bir neçə sənətkarı ətrafında birləşdirən emalatxanalara öz dəstəyini əsirgəmir. Mahirə Xəlilova keramika ixtisası üzrə təhsil alıb və bu sənətin sirlərini dərindən bilir. Lakin o, həm də “Nargis porcelain” müəssisəsinin rəhbəridir.
“1984-cü ildə Rusiyada həyat yoldaşımla birgə keramika ixtisası üzrə təhsil almışıq. Azərbaycan müstəqillik qazandıqdan sonra biz Bakıya qayıtdıq. Neçə illər arzuladım ki, öz sahəm üzrə fəaliyyət göstərim. Bir müddət əvvəl qızımızın adını daşıyan və keramika məhsulları hazırlayan “Nargis porcelain” müəssisəsini yaratdıq.” – deyə, Mahirə Xəlilova qeyd edir.
Onun sözlərinə görə, müəssisədə müxtəlif sahələr üzrə rəssamlar, heykəltəraşlar, modelçilər çalışır:
“Texnoloji məsələləri isə həyat yoldaşımla birgə həll edirik. Bütün məhsullar sıfırdan hazırlanır və proseslər müəssisə daxilində həyata keçirilir. İlk növbədə cizgilər hazırlanır, gələcək əl işlərinin modelləri yaradılır. Sonra xammal qəlibə tökülür, rənglənir və bişirmək üçün sobaya yerləşdirilir”.
“Nargis porcelain” əsasən milli üslubda müxtəlif suvenirlər hazırlayır. Belə məhsulların üzərində xalça, kəlağayı naxışlarından istifadəyə üstünlük verilir.
Keramika sənəti barədə danışan sənətkarın sözlərinə görə, çirkli, yəni gil, palçıqla bağlı olsa da, bu sahəni çox sevir:
“Bu sənət əl əməyindən asılıdır – sən öz əllərinlə gələcək məhsulu hazırlayır, müxtəlif formaya salırsan, belə desək, yaradıcı kimi çıxış edirsən. Qızım Nərgizin də bu işi davam etdirməsi, dərindən öyrənməsini istərdim”.
Qeyd edək ki, Mahirə Xəlilovanın əl işləri “ABAD” sərgi-satış mərkəzlərində təqdim olunur.
95725 338406Its essential to have having access to the information posted here 957
563581 836176informatii interesante si utile postate pe blogul dumneavoastra. dar ca si o paranteza , ce parere aveti de inchirierea apartamente vacanta ?. 869967