“Buta Airways”in Kiyev istiqamətində olan bütün reysləri “Borispol”beynəlxalq hava limanına həyata keçiriləcək

Date:

Paylaş:

Ukraynanın “Julyanı” beynəlxalq hava limanının müvəqqəti bağlanması ilə əlaqədar olaraq, bu il sentyabrın 2-dən sentyabrın 12-nə qədər “Buta Airways”in Kiyev istiqamətində olan bütün reysləri “Borispol”beynəlxalq hava limanına həyata keçiriləcək.

Bu barədə aviaşirkətin açıqlamasında bildirilir.

Qeyd edək ki, 2019-cu ilin yay uçuş cədvəli (martın 31-dən oktyabrın 26-dək) çərçivəsində “Buta Airways”in Bakı-Kiyev-Bakı marşrutu üzrə aviareysləri həftədə üç dəfə − çərşənbə axşamı, çərşənbə və cümə günləri həyata keçirilir.

Biletləri artıq əldə etmiş sərnişinlər aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin proseduruna uyğun olaraq məlumatlandırılacaqlar.

“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulmuşdur. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilib. Aviaşirkətinin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...