“Buta Airways” İstanbula reys açır – 75 MANAT

Date:

Paylaş:

Azərbaycanın aşağı büdcəli aviaşirkəti «Buta Airways»  Bakıdan İstanbula yeni reys açır. “Bizplus.az” xəbər verir ki, aprelin 1-dən işə düşən yeniliyə əsasən, «Buta»nın təyyarələri Bakıdan İstanbula gündə 3 dəfə reys edəcəklər.

Uçuşlar:

Saat 7.45 çıxış – 9 35 (çatma), 12.35 – 14.25 və 21.50 – 23.40 saatlarında yerinə yetiriəcək. Təyyarələr İstanbulun Sabiha Gökçen hava limanına enəcəklər.

Yeni reyslərə ən ucuz başlanğıc qiymətlər gecə reysinədir (21.50-də çıxana). Bu reysdə Bakı-İstanbul bir tərəfə 75 AZN, iki tərəf isə 140 AZN-dir. Qiymətə bagaj və ya əl yükü daxil deyildir.

10kq baqaj bir istiqamətə 30 AZN, 23 kq baqaj isə 50 AZN-dir.

Bununla yanaşı, turizmi şirkətlərindən veilən məlumata görə, artıq bu istiqamətdə biletlərin əksəriyyəti alınıb. Xüsusilə gecə reyslərinə biletlər yalnız sentyabr-oktyabra qalıb. Gündüz reyslərinə isə ucuz biletlər satılıb və nisbətən baha qiymətlərə biletlər qalıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...