Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Business İnsider ən yaxşı smartfonların reytinqini açıqlayıb

Business İnsider ən yaxşı smartfonların reytinqini açıqlayıb

169
Paylaş

Amerikanın Business İnsider nəşri dünya üzrə 20 ən yaxşı smartfonların reytinqini hazırlayıb.

Siyahıda birinci yeri eyniadlı şirkətdən OnePlus 6T cihazı tutub. Smartfon satışa 2018-ci ilin payızında çıxarılıb.

Nəşrdə bildirilib ki, onun digər cihazlarda olan bir çox müasir texnoloji özəllikləri – suyadavamlılıq, ultrageniş obyektiv və ya simsiz enerji bloku yoxdur. Lakin cihazın gözəl xarici görünüşü var, və o smartfonun bütün baza funksiyalarını (çəkiliş, tətbiqlərin işləməsi və sürətli enerji yığımı) “kifayət qədər yaxşı” yerinə yetirir. Bundan başqa, cihazın qiyməti 550 dollardır – digər son nəsil smartfonlarından ucuz.

İkinci yerdə  Samsung-dan Galaxy S10e ( 750 dollar, 2019-cu ilin martı ) gəlir. Business İnsider qeyd edib ki, bu, qiymət-keyfiyyət baxımından  sonuncu Apple və “möhtəşəm displey” və “əla kamera”sı ilə seçilən Android smartfonları arasında ən yaxşısıdır.

Üçüncü yeri isə Apple-dan olan iPhone XR tutur (2018-ci ilin payızında buraxılıb, 750 dollar). Jurnal istifadəyə verilən son üç Apple smartfonları silsiləsindən onu qiymətinə görə ən münasib olanı kimi qeyd edib.

Onluğa həmçinin, dördüncü sıradan başlayaraq azalan sıra ilə bu smartfonlar düşüb: Galaxy S10Plus, Galaxy S10, Google Pixel 3 və Pixel 3 XL (hər ikisi altıncı olublar), Samsung Galaxy Note 9, iPhone XS və iPhone XS Max ( hər ikisi səkkizinci ), Samsung Galaxy S9 Plus və iPhone X.