Burhan Salam: “İndiyədək 18 ətir yaratmışıq”

Date:

Paylaş:

Bu günlərdə Bakıda İkinci Beynəlxalq Ticarət Festivalı keçirilir. Festivalda dünyanın iri ticarət markaları ilə yanaşı, milli şirkətlər də iştirak edir. Onların arasında Azərbaycana məxsus “Unique” parfümeriya brendi də var. Firma butikinin vitrininə festivalın loqotipi – ürək şəkilli yarpaq və şüar yapışdırılıb: “Ürək al-al deyr!”.

Şirkətin baş direktoru Burhan Salam Bakıya gələn qonaqların nə üçün mütləq bu mağazaya baş çəkməli olduqlarından danışıb. “Ətir alıcısı turistdir. O, uzun müddət yaddaşlarda qalacaq bir hədiyyə aparmaq istəyir. Bizim ətirlər bunun üçün əla fürsətdir, çünki onlar da Azərbaycanın bir hissəsidir”, – deyə Burhan Salam bildirib.

“Moskva-Bakı”ya müsahibəsində Burhan butikin daimi qonaqları olan məşhurlardan danışıb, ən populyar ətirlərindən birinin tərkibini açıqlamaqla, bizi çox təəcübləndirib. Sən demə, onun tərkibində Naftalan nefti var imiş.

– Burhan, milli parfümeriya brendini inkişaf etdirmək fikri hardan yarandı?

– Uşaqlıqda biz qardaşımla (Çingiz Salam – şirkətin digər təsisçisi) ətirlərlə çox maraqlanırdıq. Düzünü desəm, ətir istehsal etmək ideyası birinci onun ağlına gəlib. Və budur, bizim brendin artıq 5 yaşı var. İldən-ilə biz daha çox improvizələr etməyə çalışır, yeni nəsə axtarırıq. İndiyədək 18 ətir yaratmışıq.

– Ətirlərinizin tərkibinə nələr daxildir?

– Yalnız yerli xammal! Azərbaycanda yetişən sitrus, qızılgül, çəmən çiçəklərindən çox istifadə edirik. Bir də yerli ədviyyat olan zəfəran. Turistlər üçün milli ətir seriyaları istehsal edirik. Onları yaradarkən nəyi rəhbər tuduğumuzu indi sizə də danışaram. Adətən qonaqlar Azərbaycandan özləri ilə nə aparır? Paxlava, şəkərbura, digər şirniyyat növləri… Əlbəttə, bu, çox dadlıdır. Lakin, axı adam nəsə qeyri-adi bir şey almaq istəyir. Elə isə nə üçün bu qeyri-adi hədiyyə ətir olasın? Bununla, qonaqlar özlərilə Azərbaycanın bir hissəsini aparır. Bizim kolleksiyada elə bir ətir var ki, onun istehsalında dünyada məşhur olan Naftalan neftindən istifadə edilir. Bu seriya Azərbaycanın neft sənayesinə həsr olunub. Baxın, bu, onun hədiyyə qutusudur, onun içərisində təkcə ətir yox, həm də xam neftlə dolu flakon tapa bilərsiniz.

– Çox tünd qoxusu var. Yəqin bu kişi ətridir?

– Düzünü desəm, onunla qadınlar da maraqlanır. Lakin, haqlısınız, onun ətri tünd və ciddidir.

– Kimdir bu ətirdən istifadə edən insan?

– Uğur qazanmış, özünü təsdiqləmiş, öz dəyərini bilən insan. Bir sözlə, bu, tələbə variantı deyil. Onu siyasətçilər, məşhurlar sevir.

– Bəlkə məşhur müştərilərinizin adlarını çəkəsiniz?

– Bizim məhsul Rusiyanın Birinci Kanalında Andrey Malaxovun verilişində olub. Filip Kirkorovun adından sifarişlər almışıq. Qərb ulduzlarından butikimizə məşhur “rəqs edən milyonçu” Janluka Vaççi baş çəkib. O, öz rəfiqəsilə Bakıda olarkən buraya da gəlmişdi. Rusiya və Qazaxıstandan həmişə sifarişlərimiz olur. Bizim Azərbaycan brendi MDB ölkələri ilə yanaşı, arıq yavaş-yavaş dünyanı da fəth etməkdədir.

– Nə üçün məhz sizin ətirləri almaq lazımdır? Əsas arqumentiniz nədir?

– Əminliklə deyə bilərik ki, bu, dünyanın ən qalıcı ətirlərindən biridir! Biz hər adama fərdi yanaşma nümayiş etdiririk. Müştəri istəyərsə, ətirin müəlliflərindən biri kimi çıxış edə bilər. Qablaşdırmanın üzərinə yazılmaqla, adlı ətirlər də hazırlayırıq.

– Belə qoxular nə qədər qalır?

-Bu, bir çox amildən asılıdır. Ümumiyyətlə, 3-4 gün rahat qala bilər.

– Butikinizə gələn ən qeyriz-adi alıcını xatırlayırsınız? O, nə aldı?

– Bu, Küveytdən olan turist idi. Gəldi, baxdı, 2 qutu ətir aldı, sonra yenidən qayıtdı və çoxsaylı qohum-əqrabası üçün daha 35 ədəd istədi.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...