Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Burger King” süni ətlə burgerlər satacaq

“Burger King” süni ətlə burgerlər satacaq

374
Paylaş

ABŞ-da “Burger King”-in menyusuna “Impossible Foods” qastrostartap-nın süni ətlərindən olan burgerlər daxil ediləcək. Aprelin əvvəlləri onu testdən keçirmək üçün Sent-Luisin 59 restoran-şəbəkəsində satışa çıxarıblar. The Verge yazır ki, eksperiment yaxşı keçib və indi süni kotletləri ölkənin digər ərazilərində də yoxlamadan keçirəcəklər, ilin sonu isə  onu ABŞ-da daimi menyuya daxil edəcəklər.

Süni kotletlər bitki komponenetlərindən hazırlanıb: qarox, buğda,kartof, kokos yağı. Dadı və rəngi əsl mal ətindən fərqlənmir, eksperiment iştirakçıları təsdiqləyiblər ki, onda 15% daha az yağ və 90% az xolestrin var. Qiyməti cəmi 1 dollar bahadır.

“Impossible Food” startapı 2011-ci ildə professor-biokimyaçı Patrick Brown tərəfindən fəaliyyətə başlayıb. Onun məqsədi insanları ətdən təmamilə imtina etməyin mümkünlüyünə inandırmaq idi və bu yolla istixana qazlarının emissiyasını və şirin sudan istifadəni azaltmaq , əkinçilik sahələrinin geniş ərazilərini sərbəst buraxmaq mümkün olur. “Impossible Foods”-un səhmdarları arasında “Microsoft”-un qurucusu Bill Gates, Asiyanın ən zəngin iş adamalarında biri Li Ka-Shing və “Silicon Valley”-in vençur fondları var.