Əsas səhifə Məqalələr Maraqlı Burak Özçivit reklam çəkilişindən 2.5 milyon manat qazandı

Burak Özçivit reklam çəkilişindən 2.5 milyon manat qazandı

1466
Paylaş

Yaxın Şərqdə çoxsaylı pərəstişkarları olan Burak Özçivit siması olduğu “Emaar” şirkətinin reklam çəkilişlərindən 5 milyon TL (təxminən 2,5 milyon manat) qazanıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Möhtəşəm 100 il”, “Çalıquşu” və “Qara Sevda” kimi seriallar sayəsində Yaxın Şərqdə böyük şöhrət qazanan Burak Özçivit Dubay şeyxi Əl Maktumun sahibi olduğu “Emaar Square Mall”ın siması seçilib.

Aktyor iki gün davam edən çəkilişlərdən 5 milyon TL qazanıb. Burak Özçivit baş rolda Murad Boz və Pınar Dənizlə çəkildiyi “Qardaşım mənim” filminin ikinci hissəsinin çəkilişləri bitdikdən sonra Dubaya gedəcək və təqdimatlarda iştirak edəcək. Üç günlük Dubay səfəri çərçivəsində Burak Özçivit televiziya proqramları ilə yanaşı, pərəstişkarları ilə də görüşüb imza paylayacaq.

Məlumat üçün bildirək ki, yaraşıqlı aktyor ona gələn serial təkliflərini qiymətləndirməyi düşünür. O, bəyəndiyi ssenarilərdən birini seçib yeni mövsümdə yenidən pərəstişkarlarının qarşısına çıxacaq.