Əsas səhifə Biznes Buffetin şirkəti 99.7 milyard dollar nağd vəsaitə sahibdir

Buffetin şirkəti 99.7 milyard dollar nağd vəsaitə sahibdir

705
Paylaş
Warren Buffett
Warren Buffett

Məşhur milyarder Uorren Buffett-ın 50 ildən çoxdur rəhbərlik etdiyi dünyanın ən böyük ikinci holdinq şirkəti “Berkshire Hathaway”, ikinci rüb sonunda 99,7 milyard dollarlıq nağd vəsaitə malik olub.

“Marja” Bloomberg-ə istinadən xəbər verir ki, bu rəqəm 86 yaşlı “Buffett”ın heyrətamiz pul qazanmaq qabiliyyətinin göstəricisi ikən, amerikalı investor üçün eyni zamanda bir yükdür. Çünki Buffettın investisiya üçün yeni yollar tapması lazımdır.

Keçmiş təcrübələr göstərir ki, böyük iqtisadi böhranlar baş verən zaman və ya şirkətlər nə vaxt bir problemlə qarşılaşsa, Buffett, investisiyaya başlayır.

Artan nağd vəsaitə toxunan investorlar bildirirlər ki,  Buffet doğru zamanı gözləyir.
Uorren Buffett, səhm qiymətlərinin illik 30 faiz ucuzlaşdığı  2016-cı ilin May ayında Apple-dən 2,5 faiz səhm satın almışdı.