2019-cu ildə Vergi və Gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil olduğu açıqlanıb.
Bizplus.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2019-cu ildə Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 7672,1 mln. manat vəsait daxil olmuşdur və bu da proqnoza nisbətən 356,1 mln. manat və ya 4,9%, 2018-ci illə müqayisədə isə 256,6 mln. manat və ya 3,5% çoxdur.
Gömrük orqanlarından isə dövlət büdcəsinə 4408,6 mln. manat vəsait daxil olmuşdur ki, bu da proqnoza nisbətən 706,6 mln. manat və ya 19,1%, 2018-ci illə müqayisədə isə 974,6 mln. manat və ya 28,4% çoxdur.