Əsas səhifə Biznes sahələri Texnologiya Büdcədən onlayn mediaya bir milyon manatın ayrılması istənildi

Büdcədən onlayn mediaya bir milyon manatın ayrılması istənildi

661
Paylaş

“Təcrübə göstərir ki, xaricdən ölkəyə informasiya təhlükələri mövcuddur və onlayn media bu təhlükələrə cavab verir. Amma onlayn mediaya ayrılan vəsait bizim ölkədə azdır”.

Bizplus.Az APA-ya istinadən xəbər verir ki, bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Milli Məclisin bu gün keçirilən iclasında 2018-ci il üzrə büdcə müzakirəsi zamanı deyib.

O qeyd edib ki, onlayn mediaya sistemli şəkildə vəsait ayrılmalıdır: “Onlayn mediaya 1 milyon manat ayrılsa, bunun bəhrəsini görəcəyik. Müharibə şəraitində olduğumuz üçün informasiya sahəsinə vəsait əhəmiyyətli dərəcədə artırılmalıdır”.

Ə. Amaşov informasiya ombudsmanının ayrıca qurum kimi fəaliyyətini zəruri hesab edərək bunu reallaşdırmağı təklif edib: “Bizdə informasiya ombusdmanı İnsan Hüquqları üzrə Müvəkkilliyinin (Ombudsman) tərkibində fəaliyyət göstərir. Səbəb olaraq deyirlər ki, ştat yoxdur. Hökumət üzvlərinin burada olmasından istifadə edərək soruşmaq istəyirəm ki, niyə ştat ayrılmır? Ombudsmanın fəaliyyəti hazırda göz önündədir. Hesab edirəm ki, bunu nəzərə alaraq informasiya ombudsmanı ayrıca fəaliyyət göstərməlidir”.