Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.
Komitədən “Bizplus.az”a verilən məlumata görə, vətəndaşlar tərəfindən qeyri-yaşayış sahələri və nəqliyyat vasitələri üzrə ümumilikdə 16 sifariş verilib.
Hərracda rəqabət yaradan dövlət əmlaklarından biri Bakının Yasamal rayonu, Həsənbəy Zərdabi prospektindəki qeyri-yaşayış sahəsidir. Ümumi faydalı sahəsi 32,8 kv.m olan obyektin hərracında iştirakçılar arasında yaranan rəqabət ilkin hərrac qiymətini 2 dəfədən çox yüksəldib. Belə ki, 4 min manat başlanğıc qiymət təyin olunmuş əmlak daha baha qiymət-10 min 500 manat təklif edən şəxs tərəfindən özəlləşdirilib. Vətəndaş marağına səbəb olan digər qeyri-yaşayış sahəsi paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsindədir.
Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin buraxılış tarixləri 2005-2008-ci illərdir. Bu avtomobillər “Mercedes”, “Kia”, “Nissan” və digər markalara aiddir.