Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Budəfəki hərracda hansı əmlaklar rəqabət yaradıb?

Budəfəki hərracda hansı əmlaklar rəqabət yaradıb?

227
Paylaş

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.

Komitədən “Bizplus.az”a verilən məlumata görə, vətəndaşlar tərəfindən qeyri-yaşayış sahələri və nəqliyyat vasitələri üzrə ümumilikdə 16 sifariş verilib.

Hərracda rəqabət yaradan dövlət əmlaklarından biri Bakının Yasamal rayonu, Həsənbəy Zərdabi prospektindəki qeyri-yaşayış sahəsidir. Ümumi faydalı sahəsi 32,8 kv.m olan obyektin hərracında iştirakçılar arasında yaranan rəqabət ilkin hərrac qiymətini dəfədən çox yüksəldib. Belə ki, min manat başlanğıc qiymət təyin olunmuş əmlak daha baha qiymət-10 min 500 manat təklif edən şəxs tərəfindən özəlləşdirilib. Vətəndaş marağına səbəb olan digər qeyri-yaşayış sahəsi paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsindədir.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin buraxılış tarixləri 2005-2008-ci illərdir. Bu avtomobillər “Mercedes”, “Kia”, “Nissan” və digər markalara aiddir.