Əsas səhifə Məqalələr Fərdi inkişaf Bu vərdiş istənilən işdə uğura təminat verir – “Microsoft” CEO-sundan məsləhət

Bu vərdiş istənilən işdə uğura təminat verir – “Microsoft” CEO-sundan məsləhət

66
Paylaş

Üzərinə düşən öhdəlikləri keyfiyyətlə icra etmək üçün təhsil almaq, müəyyən materiallara malik olmaq, əlaqələr qurmaq və özünü mükəmməl bir mütxəssis kimi bilmək kifayət etmir.“Microsoft”un baş direktoru Satya Nadella belə hesab edir.

Nadellanın sözlərinə görə, heç vaxt özünü tam bir mütəxəssis hesab etməməlisən. Bu təhlükəlidir. Hər vaxt axın üzrə hərəkət etmək və irəliyə getmək üçün daim öyrənmək lazımdır. Məhz bu keyfiyyət hər zaman beynini işlədən insanlar üçün xarakterikdir. Və əksinə, özünü kamil biri hesab edənlər isə sabit düşüncəli insanlar tipinə aiddirlər.

Birinci tip insanlar yeniliklərə açıq və öyrənməyə meylli olurlar. Nadellaya görə, onlar hətta öz səhvlərindən də nəticə çıxarıb nəsə öyrənirlər. Daim faydalı məlumat əldə etməyə hazır olmaq mütəxəssislərə tez bir zamanda həll yolları tapmaqda və qərar qəbul etməkdə yardımçı olur. Öz səhvini və ya çatışmazlıqlarını etiraf etməksə onu göstərir ki, şəxs  məsuliyyət daşımağa tam olaraq hazırdır – ilk öncə, özünə və qərarlarına görə.

Microsoft CEO-sunun bu fikirlərini milyarder  Bill Gates də dəstəkləyir. İş adamı, Nadellanın sözlərinə şərik olaraq bildirir ki, işə əməkdaş götürəndə o, da onların nə dərəcədə öyrənməyə meylli olmaları ilə maraqlanır. Gates bildirib ki, bugünki informasiya texnologiyaları sayəsində bilik əldə etmək xüsusilə daha rahtadır. Artıq yeni birşey öyrənmək üçün kitabxanaya getməyə ehtiyac qalmır. YouTube mühazirəyə baxmaq və ya maraqlı podkast dinləmək kifayət edir.

Yox əgər siz gadget-lərdən yorulmusunuzsa və əsl yaxşı kitab axtarışındasınızsa Bill Gates bunda sizə yardımçı olaraq bəzi məsləhətlər verə bilər. Belə ki, bu yaxınlarda sahibkar 2019-cu ildə onda xoş təəssüratlar yaradan beş kitabdan ibarət siyahı tərtib edib. Bura həm elmi-tarixi kitablar həm də bədii ədəbiyyat daxildir.