Bu tədbirdə eşidəcəyiniz bir cümlə, hətta bir söz həyatınızı dəyişə bilər!

Date:

Paylaş:

22 Apreldə Pullman hoteldə 7 spikerin çıxış edəcəyi Mentor Talks tədbiri keçiriləcək.

Sloqanı “Gələcəyini bu gün inşa et!” olan tədbirin mövzusu özünü inkişaf sahəsidir.

Hər biri 20 dəqiqə olmaqla, 7 təcrübəli spikerin çıxış edəcəyi Mentor Talks tədbiri 14:00-dan 18:00-a qədər davam edəcək.

Spikerlər:

İlham Ali Yusif – PMP, layihə meneceri, bloqqer
✔ Həlimə Qəmərlinskaya – Psixoloq, Kouç, Stres menecment üzrə ekspert
✔ Seymur Rəsulov – Ted Spiker, Kouç
✔ Cəlalə Nəzəroğlu – Müəllif, Təsisçi, Radio aparıcısı, Natiqlik üzrə təlimçi
✔ Coşqun Kərimov – Natiq, yazıçı, kouç
✔ İsmayıl Vəliyev – Spiker, kouç, Msc Harvard Universiteti
✔ Həbib Əlizadə – Ucqar kənd müəllimi

Tədbirin proqramı:

14:00 – 14:50 Qeydiyyat və Networking
14:50 – 15:00 Dinləyiciləri salamlama və spikerlərin təqdimatı

15:00 – 15:20 İlham Ali Yusif
Biz bunları çoxdan bilirik!

15:20 – 15:40 Cəlalə Nəzəroğlu
Dilimin ucundakı kəlmələr

15:40 – 16:00 Seymur Rəsulov
Gələcək üçün bu gün nə etməli?

16:00 – 16:20 Kofe-breyk

16:20 – 16:40 Coşqun Kərimov
Arzuladığınız hissi indi yaşayın!

16:40 – 17:00 Həbib Əlizadə
Görəsən, mən o müəlliməm?

17:00 – 17:20 Həlimə Qəmərlinskaya
Özünü inkişaf və motivasiyanın psixologiyası

17:20 – 17:40 İsmayıl Vəliyev (ABŞ-dan canlı bağlantı)
Bizə Mentor lazımdırmı?

17:40 – 18:00 Yekun

Tədbirin keçiriləcəyi yer: Pullman hotel
Tarix: 22 Aprel, 14:00

Mentor Talks tədbiri ödənişlidir.

Tədbirdə iştirak etmək istəyənlər təklif olunan Standart (29 AZN), İanə (39 AZN) və Klass (69 AZN) biletlərdən birini seçə bilərlər.

İanə biletin digər biletlərdən fərqi ondadır ki, həmin bilet məbləğinin 10 AZN’i ilə ucqar kənd məktəblərindəki şagirdlərə kitab alınacaq.

Klass bileti alan şəxslər isə mentorlardan birini seçərək onunla fərdi sessiya əldə etmək imkanı qazanacaqlar.

Biletləri əldə etmək üçün:
www.mentor.az saytından qeydiyyatdan keçə, Mentor Talks’un Facebook səhifəsi ilə (https://www.facebook.com/mentor.az/) və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz:
Mob: (070) 296 64 66
Tel: (012) 596 56 38

Bileti indi əldə edin!

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...