Azərbaycanda energetik içkilərin uşaqlara satılması qadağan ediləcək.
Bu, “Uşaq hüquqları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Belə ki, energetik içkilərin uşaqlara satılması, energetik içkilərin istehsalı, daşınması, satışı və saxlanılması işlərində uşaq əməyinin tətbiq edilməsi qadağandır.
Layihə Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.
Energetik içkilərin yetkinlik yaşına çatmayanlara satılmasına görə isə yüz manat məbləğində cərimə tətbiq ediləcək.
Bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, indiyə qədər etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə yüz manat məbləğində cərimə tətbiq olunub.
Layihə Milli Məclisdə qəbul olunarsa, bu siyahıya energetik içkilər də daxil ediləcək.