Bu qanunlarda dəyişiklik ediləcək – SİYAHI

Date:

Paylaş:

Sabah – fevralın 1-də Milli Məclisin 2019-cu il yaz sessiyası başlayır.

“Bizplus.az” xəbər verir ki, qanunverici orqanın toplantıları mayın 31-dək davam edəcək.

Parlamentin ilk plenar iclasının gündəliyinə isə 38 məsələ daxildir.

Bunlar
“Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”,
“Əhalinin sağlamlığının qorunması haqqında”,
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında”,
“Azərbaycan Respublikasında dövlət dili haqqında”,
“İnzibati icraat haqqında”,
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”,
“Avtomobil nəqliyyatı haqqında”,
“Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”,
“Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”,
“Sosial sığorta haqqında”,
“Ünvanlı dövlət sosial yardımı haqqında”,
“Sosial müavinətlər haqqında”,
“Əmək pensiyaları haqqında”,
“İşsizlikdən sığorta haqqında”,
“Əlilliyi olan şəxslərin hüquqları haqqında”,
“Məşğulluq haqqında” və s. qanunlara, eləcə də İnzibati Xətalar, Əmək, Cəzaların İcrası və Ailə məcəllələrinə dəyişiklik layihələridir.

Deputatlar eyni zamanda Milli Məclisin 2019-cu il yaz sessiyasının qanunvericilik işləri planını təsdiq edəcək, parlamentin Hesablayıcı komissiyasının, İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında məsələyə baxacaqlar.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...