Bu proqram gözdən əlil insanlara həmsöhbətinin emosiyalarını eşitməyə imkan verəcək

Date:

Paylaş:

“Huawei” şirkəti tərəfindən işlənib hazırlanmış “Facing Emotions” proqramı gözdən əlil istifadəçilərə həmsöhbətinin emosiyalarını müəyyənləşdirməkdə kömək edəcək.

“Bizplus.az” “ICTnews” Elektron Xəbər Xidmətinə istinadən bildirir ki,Polşa Korlar Assosiasiyasının himayəsi altında yaradılmış və “Huawei Mate 20 Pro” smartfonu üçün uyğunlaşdırılmış proqramda insanın mimikasını anında tanıyan və onun psixoemosional vəziyyətini qiymətləndirə bilən sifət skaneri üçün süni intellektdən istifadə edilib. Smartfonun kameraları həmsöhbətin sifətini skan edir, onun dodaq, burun, göz və qaşlarını müəyyənləşdirir, bundan sonra onların forma və bir-birinə nəzərən mövqelərində normadan kənara çıxmaları tanıyır. Bu, insanın cari ana olan əhval-ruhiyyəsini şablona uyğun olaraq aşkar etmək üçün kifayətdir.

Proqram ümumilikdə 7 növ əsas emosiyaları və onların arasındakı keçidləri tanıyır. Emosiyaların səsləndirilməsi üçün gözdən əlil bəstəkar Tomaş Bileski tərəfindən yazılmış qısa səsli markörlər tətbiq edilir. Sınaq iştirakçıları qeyd ediblər ki, siqnal səslə deyil, əl üzərindəki toxunuş sensoru ilə ötürüldükdə də emosiyalar arasındakı fərq asanlıqla hiss edilir. Tamamilə avtonom işləyən bu proqram internetə qoşulma tələb etmir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...