Bu PIN kodlardan istifadə edirsinizsə, dəyişdirin

Date:

Paylaş:

ESET, Amerikanın SANS İnsititutunun araşdırmasa diqqət çəkərək, telefonun klidini açmaq üçün daxil olunan PIN kodların əksəriyyətinin eyni olduğunu deyir.

Ən çox istifadə olunan 20 PIN kod belədir:

-0000

-1004

-1010

-1111

-1122

-1212

-1234

-1313

-2000

-2001

-2222

-4444

-3333

-4321

-5555

-6666

-6969

-7777

-8888

-9999

26% istifadəçi bu nömrələrə üstünlük verir.

Test edilən bütün telefonların 26%-nin bu kodlardan istifadə edərək klidinin açıldığı bildirilib. Bu onu göstərir ki, telefon oğurlanır, itərsə, cinayətkarlar cihazın sahibi haqqında heç nə bilməsələr də bir neçə cəhddə telefona daxil ola bilərlər.

ESET İngiltərədən təhlükəsizlik üzrə mütəxəssis Jake Moore, “Bu PIN kodlardan istifadə edirsinizsə, dəyişdirin”, – tövsiyəsini edib.

Məna ifadə edən tarixlərdən istifadə etməyin

Jake Moore, istifadəçilərin istifadə etdiyi bir başqa üsul isə daha tez xatırlamaq üçün məna ifadə edən tarixlərdən istifadə olunmasıdır. Moore, “Telefonda 4 rəqəmli kodlardan istifadə olunanda, istifadəçilər çox vaxt bir il ifadə edən kodlardan istifadə edirlər. 6 rəqəmli kod olan zaman da, əsasən asan xatırlanan bir tarixə üstünlük verilir. Çox təəssüf ki, kiber cinayətkar da telefonunuzun klidini açmaq üçün ehtimal oluna bilən kodlardan istifadə edir.

Necə təhlükəsizlikdə qala bilərik?

Jake Moore, bunları deyib: “Ən yaxşı üsul sizin üçün məna ifadə etməyən rəqəmlərdən faydalanmaqdır. Kod yaradan zaman, hərəkətlərinizin kimin izlədiyini də diqqət edin. İctimai nəqliyyat vasitələrində insanların tez-tez PIN kodlarını, şifrələrini girdiklərini, hətta telefonda arxasındakı 3 xanalı CVV nömrəsi də daxil olmaqla, bütün kredit kartı məlumatlarını paylaşdıqlarını gördüm”.

Cihazınızı arxivləyin

Moore, “Son olaraq, cihazınızı arxivlədikdən sonra, iOS üçün “iPhone’umu Tap”, Androiddə “Cihazımı Tap” ilə daha çox təhlükəsizlikdə qalmalısınız. Bu isə sizə telefonunuz uzaqdan silmənizə kömək olur. Bu cihazı əslagörməyə bilərsiniz, ən azından cinayətkarlar cihazınıza daxil ola bilməz, şəxsi məlumatlarınıza baxa bilməz”, -deyib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...