Türkiyədə milyonçuların sayı artıb. Onlar bir milyon lirə (284,200 AZN) və ya bundan artıq məbləğdə pulu olanlardır.
Bu barədə “HaberGlobal”, “Bank Tənzimlənməsi və Nəzarət Qurumu”nun (BDDK) verdiyi statistikaya əsasən xəbər yayıb.
Xəbərdə bildirilir ki, ötən il ölkədə milyonçuların sayı 45 314 nəfər artaraq, 225 000-ə çatıb.
Eyni zamanda, ölkə daxilində və xaricində türkiyəli milyonçuların ümumi sayı 225 440 nəfər təşkil edib.
Qeyd edək ki, 2018-ci ildə ölkədə milyonçuların sayı 161 800 nəfər olub.