Bu İsveçrə şirkəti inşaat sənayesini əbədi olaraq dəyişdirəcək

Date:

Paylaş:

Yeni bina inşa etmək ətrafı ən çox kirləndirən işlər sırasına daxildir. BMT-nin qlobal araşdırmasına görə, tikinti sektoru dünyanın ümumi enerji istehlakının təqribən 40%-i üçün cavabdehdir.

İsveçrə tədqiqatçılarından ibarət konsorsium bu problemin həlli yolunu tapıb: robotlarla işləmək. Konsepsiyanın sübutu “DFAB House”dadır.

Bizplus.az bildirir ki, “DRAB House” rəqəmsal istehsal metodlarının xoreoqrafiyasından istifadə edərək dizayn edilmiş ilk yaşayış binası kimi tanınır. Sürix yaxınlığındakı üç mərtəbəli binada 3D çaplı tavanlar, enerjiyə qənaətli divarlar, robotlar tərəfindən düzəldilmiş ağac sütunlar və ağıllı ev sistemi mövcuddur.

ETH Sürix Universitetində mütəxəssislər qrupu və 30 sənaye tərəfdaşı tərəfindən dörd il ərzində inkişaf etdirilən, 2370 kvadrat metr (220 kvadrat metr) ölçülü “DFAB House”ın tikintisi zamanı sementə 60%-dək qənaət olunub. Bina İsveçrə tikinti təhlükəsizlik qaydalarına uyğun şəkildə inşa edilib.

“DFAB”ın tədqiqat qrupunun üzvü Matthias Kohler deyib: “Tikintidə sürət rekordlarını qırmaq heç də bizim məqsədimiz deyildi. Əlbəttə ki, sürət və iqtisadiyyatda irəliləyişlər əldə etməkdə maraqlıyıq, amma əvvəlcə keyfiyyət ideyasını tutmağa çalışdıq. Hər şeyi çox sürətli edə bilərsiniz, amma bu, onun, həqiqətən, davamlı olacağına təminat vermir”.

Kohler inanır ki, texnologiyanın tətbiqi insan yaradıcılığını artıracaq və hətta sənətkarlığın canlanmasına təkan verəcək. O hesab edir ki, gələcəkdə maşınlar insanlardan bir o qədər də seçilməyəcək.

“DFAB” komandasının 3D çap mütəxəssisi Benjamin Dillenburger isə əlavə edib ki, robotlarla işləməyi öyrənmək tikinti işçilərinin sağlamlığını da qoruya bilər. Dillenburger “DFAB House”ın memarlıq və tikinti sektorlarından kənarda da marağa səbəb olacağına inanır.

Kohler və Dillenburger İsveçrədəki eksperimental sistemdən əlavə qlobal memarlıq və tikinti sektorları ilə dialoqun qurulmasında da maraqlı olduqlarını açıqlayıblar. Onlar Nyu-Yorkdakı “Cooper Birliyi”ndə açılan “Ev necə qurulacaq: Rəqəmsal əsrdə Memarlıq Tədqiqatları” adlı səyahət sərgisi təşkil ediblər.

Xatırladaq ki, bundan əvvəl 2014-cü ildə Çinin “WinSun” şirkəti bir gündə 10 ədəd təkmərtəbəli ev istehsal edərək 3D printerin memarlıq potensialını nümayiş etdirmişdi. Ondan bir il sonra, Şanxayda fəaliyyət göstərən bir şirkət daha bir yaşayış binası və neoklasik bir malikanə çap etdi, lakin bu layihələr elə inkişaf mərhələsində qaldı.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...