ABŞ mərkəzli texnologiya şirkəti “Apple” rəsmi internet saytında bəzi “iPhone 6s” və “6s Plus” cihazlarının komponent problemindən dolayı açılmadığını bildirib.
Şirkət problemi aradan qaldırmaq üçün köhnə “iPhone” modellərinin pulsuz təmiri proqramına başladığını söyləyib.
Ani açılmamaların “iPhone” istifadəsində maneə yaratdığını deyən “Apple” konkret olaraq hansı hissələrin nasazlığa meylli olduğunu açıqlamayıb.
Qeyd edək ki, yalnız 2018-ci ilin oktyabr və 2019-cu ilin avqust ayları arasında istehsal olunan “iPhone 6s” və “iPhone 6s Plus” modelləri qeyd edilən pulsuz təmir proqramından faydalana biləcək.