Bu ilki iPhone modelləri 5G şəbəkəsini dəstəkləməyəcəklər

Date:

Paylaş:

Apple məhsulları üzrə düzgün proqnozları ilə məşhurlaşmış analitik Ming-Chi Kuo öz bloqunda 2020-ci ildə təqdim olunacaq iPhone modelləri barəsində məlumat verib. Onun məlumatlarına əsasən 2020-ci ildə təqdim olunacaq 3 iPhone modelindən yalnız ikisi 5G şəbəkəsini dəstəkləyəcək. Bu barədə Macdigger saytı xəbər verib. Apple şirkətinin bu il təqdim edəcəyi iPhone modellərində isə çox güman ki, 5G dəstəyi ümumiyyətlə olmayacaq.

2020-ci ildə alıcılar 3 iPhone modelindən birini seçə biləcəklər: 5.4 düym ekranlı, 6.1 düym ekranlı və 6.7 düym ekranlı (OLED ekran). 5G şəbəkə dəstəyi yalnız ən böyük ekran ilə ən kiçik ekrana sahib olacaq iPhone modellərində olacaq. Analitik onu da bldirib ki, Apple şirkəti hələki məcburiyyətdən Qualcomm şirkətinin 5G modemlərindən istifadə etməlidir. Lakin 2022-ci ildə şirkət özünün istehsalı olacaq 5G modemlərini təqdim edə bilər. Bir neçə müddət bundan öncə məlumat yayılmışdı ki, Apple Intel şirkətinin modem istehsalı ilə məşğul olan şöbəsini almağı planlaşdırır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...