Bu il yerli ixracatçı şirkətlərin biri ilə tam blokçeyn texnologiyaları vasitəsilə pilot daşımaları təşkil ediləcək

Date:

Paylaş:

“2020-ci ildə yerli ixracatçı şirkətlərin biri ilə sənədsiz, məlumatların tam blokçeyn üzərindən paylaşılan pilot daşımanın təşkil edilməsi nəzərdə tutulub”.

Bizplus.az xəbər verir ki, bunu “Report” agentliyinə müsahibəsində Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib.

Onun sözlərinə görə, bu pilot layihədə təminat zəncirinin bütün iştirakçıları “hyperledger” fabrik blokçeyni üzərindən bir-birinə məlumat göndərib, təsdiq edəcəklər.

Həmçinin o bildirib ki,Dövlət Gömrük Komitəsi GUAM ölkələrində gömrük prosedurları üçün tələb olunan sənədləri blokçeyn texnologiyası vasitəsilə paylaşmağı təklif edib: “Eyni zamanda Gürcüstan ilə məlumatların “blokçeyn” texnologiyası istifadə olunmaqla paylaşılması iki fərqli platforma üzərindən pilot proqramda tətbiq olunub. “Ethereum” və “hyperledger” blokçeyn şəbəkəsində bəzi məlumatların paylaşılması test üsulunda uğurla başa çatdırılıb”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...