Əsas səhifə Xəbərlər Digər xəbərlər Bu il səhmdarların startaplar üçün tələbləri dəyişəcək

Bu il səhmdarların startaplar üçün tələbləri dəyişəcək

71
Paylaş

“LionTree” investisiya bankının yaradıcısı və baş direktoru Aryeh Bourkoff  belə hesab edir ki,2020-ci ildə IPO bazarını dəyişikliklər gözləyir. Onun sözlərinə görə, “Uber” və “Lyft” kimi nəhəglərin hekayəsi ona gətirib çıxarıb ki, səhmdarlar artıq “ancaq inkişaf” siyasəti yürüdən şirkətlərlə maraqlanmırlar.

Ona görə də, bu ildə startaplar dəyişiklik edərək, biznes-modellərini möhkəmləndirməli və korporativ idarəçiliklərini təkmilləşdirməlidirlər. “LionTree”nin baş direktoruun yazısında bildirilir ki, beləcə “maraqlı tərəflər üçün daha gözlənilən nəticələrə” nail olunacaq.

Bourkoff qeyd edib ki, investorlar “ mənfəətə birbaşa çıxış yolları və sərbəst pul axını təminatı” axtarışındadırlar.