Azərbaycan Respublikası ərazisinə 2019-cu ilin yanvar- may ayları ərzində 5,44 min tonqluq kərə yağı və ya süddən hazırlanmış digər yağlar daxil olub.
Bu barədə 2019-cu il üzrə idxal olunan malların siuyahısında deyilir.
İdxal olunan kərə yağının ümumi həcmi isə 27,16 mln. ABŞ dolları təşkil edib. Bu da idxal olunan kərə yağının 1 kq üzrə $5 xərc çəkilməsi deməkdir.
Bildirək ki, Azərbaycana 2018-ci ilin eyni dövrü ərzində 6,14 min tonluq kərə yağı məhsulu idxal olunmuşdu və bu məhsulun ümumi dəyəri isə $36,36 mln. xərc çəkmişdi. Yəni, 2018-ci ilin eyni dövründə kərə yağının hər kq-na $6 xərcə çəkilmişdi.